Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinə dair səylərin birləşdirilməsinə dair razılıq eldə ediblər

07.04.2016 23:36     Dünyadan reaksiya     878

Rusiya və Fransa XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro aralarında baş tutmuş telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin tezliklə normallaşması üçün səylərin birləşdirilməsinə dair razılıq eldə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilmiş məlumatda bildirilir.   

 

Məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

 

“Nazirlər Dağlıq Qarabağda hadisələrin son inkişafını müzakirə edərək, münaqişə zonasında vəziyyətin tezliklə normallaşması üçün Minsk Qrupunun həmsədrləri olan Rusiya və Fransanın  səylərinin birləşdirilməsinə dair razılıq əldə ediblər”, - deyə məlumatda qeyd olunub. 

Şərhlər