İstanbul polisindən antiterror əməliyyatı

08.04.2016 10:46     Dünyadan reaksiya     780

İstanbul polisi aprelin 8-də səhər saatlarından başlayaraq antiterror əməliyyatlarına başlayıb. 

Trend-in məlumatına görə, bu barədə "Turkiyegazetesi" yazıb.

Əməliyyatlar İstanbulun iki rayonunda aparılır və bu əməliyyatlarda 200-dən artıq polis iştirak edir. Əməliyyatlar çərçivəsində artıq saxlanılanlar olması barədə məlumat verilib.

Bu cür əməliyyatların bu gün Türkiyənin daha üç böyük şəhərində keçirilməsi nəzərdə tutulur.

İstanbulda son antiterror əməliyyat martın 30-da keçirilib.

Şərhlər

Çox oxunanlar