Davudoğlu: Ankara Azərbaycana qarşı yönəldilmiş istənilən təhdidi şəxsi təhdid kimi qəbul edir
08.04.2016 11:05 Dünyadan reaksiya 891
Ankara Azərbaycana qarşı yönəldilmiş istənilən təhdidi şəxsinə yönəldilmiş təhdid kimi qəbul edir.
Trend-in "Türkiyegazetesi"nə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu ölkələrində erməni lobbisi var: "Çox təəssüf ki, Türkiyə Minks qrupunun üzvü olsa da, Rusiya kimi digər həmsədrlər Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakına qarşı çıxırlar".
Şərhlər