ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

09.04.2016 10:17     Dünyadan reaksiya     893

ABŞ-ın Alyaska ştatında "Cessna 206" tipli təyyarə Admiralti adasına düşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Təyyarənin göyərtəsində cəmi 4 nəfər olub. Yaralanan qadın xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, güclü küləyə görə xilasedici helikopter hadisə yerinə yaxınlaşa bilmir.

Şərhlər

Çox oxunanlar