`Türkiyəni təcili tərk edin` - İsraildən xəbərdarlıq

09.04.2016 10:38     Dünyadan reaksiya     1159

İsrail Türkiyədə yaşayan vətəndaşlarına ən qısa müddətdə bu ölkəni tərk etməklə bağlı xəbərdarlıq edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Dövlət Terrorla Mübarizə Bürosu bu ölkədə terror olacağı qənaətindədir.

Vətəndaşlara əhalinin sıx olduğu yerlərə getməmək tövsiyyə olunub. Bildirilib ki, imkan daxilində turizm obyektlərindən uzaq durmaq lazımdır. İsrail terror təhlükəsi ilə bağlı Türkiyədə yaşayan vətəndaşları ölkəsinə geri çağırıb.

Bundan əlavə Türkiyəyə getməyə hazırlaşan vətəndaşlara səfərlərini təxirə salmaq tövsiyyə olunur. 

Şərhlər

Çox oxunanlar