ATƏT-in “üçlüyü” Qarabağ münaqişəsinə dair müzakirələr aparacaq
09.04.2016 12:30 Dünyadan reaksiya 883
ATƏT-in sədr ölkəsinin təmsilçisi - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarlarını - Serbiya və Avstriya XİN başçılarını İvitsa Daçıç və Sebastyan Kurtsu qəbul edəcək.
Gün.Az RİA Novosti-yə istinadən xəbər verir ki, danışıqların mərkəzində ATƏT-in sədrinin Dağlıq Qarabağ və Ukraynada münaqişələrin nizamlanmasında səyləri olacaq.
Görüşdə həmçinin ATƏT-in miqrasiya məsələlərində rolu da müzakirə olunacaq.
Müzakirələrə ATƏT-in baş katibi Lamberto Zaner də qatılacaq.
Qeyd edək ki, ATƏT-in üçlüyünə qurumun hazırkı, əvvəlki və gələcək sədri olan ölklər daxildir.
Hazırda quruma Almaniya sədrlik edir, bundan əvvəl Serbiya, 2017-ci ildə isə Avstriya sədrlik edəcək.
Şərhlər