Obama ən böyük səhvini açıqladı
11.04.2016 10:42 Dünyadan reaksiya 800
Barak Obama “Fox News” telekanalındakı çıxışı zamanı Liviyaya hücümü prezidentlik postundakı ən böyük səhvi kimi qiymətləndirib.
Reaksiya.info-nun Faktxəbər-ə istinadən məlumatına görə, ABŞ prezidenti qeyd edib ki, “o zaman Liviyaya müdaxilə etmək mənim nəzərimdə düzgün addım idi”.
Qeyd edək ki, Liviyadakı hadisələr 2011-ci ilin fevral ayında başlayıb və sonra həmin ölkənin lideri Müəmmar Qaddafinin qətli ilə nəticələnən vətəndaş müharibəsinə çevrilib.
Şərhlər