Dünyanın ən xoşbəxt insanları intihar edir
12.04.2016 10:40 Dünyadan reaksiya 1025
Kanada hökuməti ölkədə kütləvi intiharlarla bağlı fövqəladə vəziyyət elan edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər Kanadanın Ontario əyalətində 2 min əhalisi olan Attaşapiskat qəbiləsi toplu şəkildə intihar edir.
Bir gün içində 11 sakinin intihara cəhd etməsinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib.
İntihara cəhd edənlərdən birinin öldüyünü açıqlayan Səhiyyə Nazirliyi bölgəyə psixoloq və həkim qrupu göndərib.
Qeyd edək ki, sentyabr ayından indiyədək 100 yerli sakin intihara cəhd edib. Onlardan ən gəncinin 11, ən yaşlısının 71 yaşı olub.
Xatırladaq ki, Kanada dünyanın ən xoşbəxt 3 ölkəsinən biridir.
Şərhlər