Səudiyyə telekanalında nadir hadisə - Vəhabilik tənqid edildi - VİDEO

12.04.2016 14:09     Dünyadan reaksiya     940

Hamıya bəllidir ki, istər Taliban, istər Əl-Qaidə, İŞİD, Əl-Nusra, Bokor Haram, Əş-Bəbab və bu kimi onlarla dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən terror qruplaşmaları yalnız bir əqidəyə qulluq edirlər. O da İngiltərə kəşfiyyatı tərəfindən vaxtilə yaradılan, bəzən sələfi və bəzən isə vəhabi adıyla tanınan ideologiyadır.

İş o yerə çatıb ki, artıq dünyanın müxtəlif yerlərində bu terror ideologiyasını yayan Səudiyyə rejiminin özündə belə, ona qarşı çıxmağa başlayıblar. Səudiyyə şahzadəsi Vəlid bin Təllala məxsus telekanaların birində isə xanım aparıcı əsl qəhrəmanlıq nümayiş etdirib.

Reaksiya.info-nun FaktXeber.com-a istinadən verdiyi məlumata görə, xanım Nadin Əl-Budeyr “Rutana Xəliciyyə” telekanalında İslama zidd əqidəni sözün əsl mənasında yıxıb-sürüyüb.

Xanım aparacı deyib: “Həqiqətən Avropa ölkələrində, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda və dünyanın digər yerlərində terroru törədən kimlərdir? Doğurdanmı bu terrorlar İslamın həqiqi siması sayılır? Suriya və İraqda günahsız insanları intihar hücumları ilə qətlə yetirən terrorçuları bəlkə biz də tanıyırıq. Bəlkə də bizim ən yaxın dostumuz və ya tanışımızdır. Onlar bizim cəmiyyətdə yaşayan insanlardır ki, hazırda belə bir cinayətlər törədirlər. Belə olan halda, biz necə sübut edə bilərik ki, onların törətdiyi cinayətlər İslamın həqiqi siması sayılmır? Axı onlar müsəlmanlıq iddiasındadırlar.

Bəlkə kimlərsə güman edə bilər ki, bu vəhşi əməlləri törədənlər narkoman, içki düşkünü, evsiz və sahibsiz insanlardır. Amma biz bu kimi insanları Avropanın özündə dilənçilik edib, gecələri küçələrdə keçirdiklərini görürük. Onlar nə intihar hücumu həyata keçirirlər və nə də məscid partladırlar. Ancaq hazırda bir müsəlman özünü partladır ki, daha bir neçə müsəlmanı qətlə yetirə bilsin.”

Sonda vəhabi ideologiyasını kəskin tənqid edən xanım aparıcı deyib: “Bütün problemlərin kökü bizim orta məktəb və universitetlərdə keçdiyimiz təlim-tərbiyə sisteminə qayıdır. Biz orada öz övladlarımıza öyrədirik ki, bizim dində və mzəhəbdə olmayan hər kəs kafirdir və onları təkfir edirik. Haradadır o sələfi-vəhabi başbilənləri, gəlib dünyada haqsız yerə axıdılan qanların cavabını versinlər?”

Şərhlər