Kürdlər silah almaq üçün Moskvaya gəldi

12.04.2016 20:56     Dünyadan reaksiya     1067

Barxam Saleh: "Biz çox ümid edirik ki, Rusiyadan silah dəstəyi geniş formada həyata keçiriləcək"

İraq Kürdüstanının nümayəndə heyəti Moskvaya səfər zamanı Rusiya silahının Peşmərgə kürd qoşununa verilməsini müzakirə edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Kürdüstanın Vətənpərvərlik ittifaqının müavini, İraq Kürdüstanının sabiq-baş naziri Barxam Saleh bildirib.

"Biz çox ümid edirik ki, bu dəstək genişləndirilmiş ola bilər"

"Biz Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya tərəfinin başqa nümayəndələriylə geniş müzakirələr apardıq. İŞİD-ə qarşı döyüşən Peşmərgə qüvvələrinə silah yardımı ilə bağlı fikir mübadiləsi aparıldı", - deyə Barxam Saleh bildirib.

Onun sözlərinə görə, hazırda Peşmərgə dəstəyə ehtiyac duyur. O, Rusiya tərəfinin addımını dəstəkləyib.

 İraq Kürdüstanının sabiq-baş naziri Barxam Saleh
İraq Kürdüstanının sabiq-baş naziri Barxam Saleh

Moskvada onun Rusiya silahının İraq kürdlərinə çatdırılması barədə səsləndirilən suala Barxam Saleh belə cavab verib. "Biz çox ümid edirik ki, Rusiyadan silah dəstəyi geniş formada həyata keçiriləcək".

Ötən il dekabr ayında PKK-ya yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Rusiyaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovla görüşüb. Prezident Vladimir Putinin dəvətilə baş tutan səfər çərçivəsində Dəmirtaş ilk olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Lavrov Moskva və Ankara münasibətlərindəki böhranın Türkiyə xalqına şamil edilmədiyini deyib. O, Suriyada münaqişənin həlli üçün terrora qarşı mübarizə aparan tərəflərin öz səylərini birləşdirməli olduğunu söyləyib: “Biz bilirik ki, əlində silahla quruda “İŞİD”ə və digər ekstremist qruplaşmalara qarşı duranlar arasında İraq və Suriya kürdləri də var. Biz bundan sonrakı işimizdə sizin də qiymətləndirmələrinizi nəzərə almağa hazır və bunda maraqlı olacağıq”.

Səlahəddin Dəmirtaşın Lavrovla görüşü
Səlahəddin Dəmirtaşın Lavrovla görüşü

Dəmirtaş isə dırnaqarası "bu ağır zamanda Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini” deyib. O bildirib ki, Ankara Rusiyaya məxsus “SU-24” təyyarəsini vurmaqla düzgün addım atmayıb.

Dəmirtaş Lavrovla görüşdə həmçinin deyib ki, Rusiya və Türkiyə arasında münasibətlər hər iki dövlətin təşəbbüsü ilə bərpa edilməlidir. Səlahəddin Dəmirtaş səfərinin məqsədinin partiya təmsilçiliyi açmaq olduğunu desə də, siyasi şərhçilər bunu Putinin Türkiyəyə qarşı yeni qıcıqlandırıcı addımı hesab edirlər.

Onların fikrincə, rəsmi Moskva Türkiyəyə qarşı yalnız iqtisadi deyil, artıq siyasi rıçaqlardan da istifadə etməyə başlayıb.

 

Şərhlər