"Azərbaycan ordusu bizi əzib keçdi"

12.04.2016 21:04     Dünyadan reaksiya     1195

Aprelin 2-də Azərbaycan ordusu cəbhədə ermənilərə əsl şok yaşadıb.

Qarabağın cənub hissəsində, İranla sərhəddə yerləşən Cəbrayılda nisbi sakitlik hökm sürür. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti"nin Azərbaycanın işğal altında olan torpaqlarına ezam olunmuş xüsusi müxbiri deyib.

Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən reportaj hazırlayan müxbirin sözlərinə görə, bir vaxtlar abad şəhər olan Cəbrayıl indi xarabalığa çevrilib. 90-cı illərdən sonra rayonun işğal edilməsi, azərbaycanlıların evlərini tərk etməsi ilə buradakı evlər dağıdılıb. Hazırda isə Cəbrayılın dağıdılmış hissələrində separatçı rejim "T-72"tanklarını gizlədib. 

Cəbrayıl strateji əhəmiyyətli ərazidə yerləşir. Elə aprelin 2-də də təmas xəttində baş verən gərginlikdə ermənilər məhz bu ərazidən təxribatlar törətməyə cəhd ediblər. 

Rusiyalı jurnalist burada ermənilərin mövqelərində də olub. Erməni tank batalyonunun “zampolit”i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. “Bizə çox güclü zərbələr vurdular - mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər “Qrad” və “Uraqan” raketləri uçurdu ki, mən göyün üzünə baxıb “300 spartalı” filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmurdu”.

Onun sözlərinə görə, təmas xəttində Azərbaycanın mövqeləri 400 metr aralıda yerləşir. Onlar Azərbaycan bayrağını da görürlər.

"Azərbaycan əsgərləri tutduqları ərazilərdə möhkəmlənirlər"

"Azərbaycan əsgərləri möhkəmlənirlər. Onlar həmin ərazilərdə səngərlər qazırlar və bizi görəndə qışqırırlar: "Salam, Vazgen". Biz də onlara əl edirik. "Atəşkəsdir" deyirik", - deyə Artak vurğulayıb.

Artak deyir ki, azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində - Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.

"Azərbaycanlılar Cəbrayıldan Xocavəndə kimi olan 40 km-lik ərazini tutublar"

Artak Azərbaycan hərbi texnikasından da bəhs edib. "Azərbaycanın silah arsenalı çox müasirdir. Onlar Rusiyadanİsraildən,TürkiyədənBelarusdan və Ukraynadan silah alırlar. 

Azərbaycanlıların arsenalı müasirdir. Bax, məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”, - deyə erməni zabit lüləsi qopub yüz metr kənara düşən "T-72" tankını göstərib. Onun sözlərinə görə, raketi tanka pilotsuz təyyarə yönləndirib.

Ermənilər isə sovet istehsalı olan köhnə silahlarla vuruşmalı olduqlarını etiraf ediblər. 

Bayrağımızın aldığımız yüksəkliyə sancılması
Bayrağımızın aldığımız yüksəkliyə sancılması

Təmas xəttində gərginlik aprelin 2-dən başlayıb. Ayın 5-nə kimi davam edib. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin dinc əhaliyə atəş açması olub.

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib, düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. 

Aprelin 5-də saat 12:00-da Müdafiə Nazirliyindən verilən məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub. 

Cəbrayıl ərazisi - ermənilərin minaladığı bölgə
Cəbrayıl ərazisi - ermənilərin minaladığı bölgə

 

Şərhlər