Qırğızıstanda yeni baş nazir seçildi

13.04.2016 16:54     Dünyadan reaksiya     863

Qırğızıstan parlamenti bu gün keçirilən plenar iclasında hökumətin proqramı və strukturu təsdiq edilib, Sooronbay Jeenbekov ölkənin yeni baş naziri seçilib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatların əksəriyyəti onun namizədliyinin lehinə səs verib.


58 yaşlı Sooronbay Jeenbekov 1996-cı ildən üç çağırış parlamentin deputatı olub. Sonrakı illərdə o, Oş vilayətinin qubernatoru işləyib. Baş nazir seçilənə qədər isə Qırğızıstan Prezidenti Aparatı rəhbərinin birinci müavini vəzifəsində çalışıb.

Şərhlər