Putin: "Türkiyə bizim dostumuzdur" - Canlı yayım - VİDEO

14.04.2016 14:02     Dünyadan reaksiya     1190

Türkiyə bizim dostumuzdur.

 Reaksiya.info  Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hazırda canlı yayımda sualları cavablandırarkən deyib. 

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında yaxın dostluq münasibətləri mövcuddur:

"Mənim problemim Türkiyə ilə deyil, özünü qeyri-adekvat aparan bəzi siyasətçilərlədir". 

Rusiya Prezidenti Vladimir Putin canlı yayımda “Obama ilə Ərdoğan suda batarsa, birinci hansını xilas edərsiniz?” sualına da cavab verib.

Prezident bu sualı cavablandırmaqda çətinlik çəkdiyini etiraf edib:

“Bu sualı verməklə məni pis vəziyyətdə qoydunuz. Əgər kimsə artıq batırsa, onu xilas etmək lazım deyil, zənnimcə. Amma yenə də kömək üçün müraciət edəni xilas edərdim deyə düşünürəm”.

Qeyd edək ki, aparıcı sözügedən sualı 20 yaşlı gənc qızın yolladığını vurğulayıb.

Şərhlər

Çox oxunanlar