Avropadan Türkiyə ilə bağlı sərt qərar
14.04.2016 16:35 Dünyadan reaksiya 885
Avropa Parlamentinin Türkiyə ilə bağlı hər il yayılan növbəti raportu çox sərt olub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, raport bu gün Fransanın Strasburq şəhərində səs çoxluğu ilə qəbul edilib.
Raportda Türkiyədəki ifadə və media azadlğı, kürd problemi, ölkənin cənub-şərq bölgəsində yaşananlar, Türkiyə ilə Avropa Birliyi arasındakı miqrantlarla bağlı razılaşma və Kipr mübahisəsi yer alıb.
Sənəddə demokratiya və hüquqi dövlət quruluculuğunda geriyə addım atıldığına işarə vurulub, media azadlığının qayğıverici olduğu bildirilib.
Türkiyənin terrorla mübarizəsinin qanuni olduğu tanınsa da, mübarizənin insan haqları və hüquq çərçivəsində aparılmalı olduğu vurğulanıb.
Raportda PKK-nı Avropa Birliyinin terror təşkilatı kimi tandığı qeyd edilib, onun yenidən silaha əl atması pislənib. PKK-ya terror üsullarından çəkilib dinc və qanuni yollardan istifadə çağrışı edilib.
Türkiyənin raportu qəbul etməyəcəyi ehtimal olunur.
|
Şərhlər