Kazanda idman bazasında atışma olub, 3 nəfər ölüb

15.04.2016 13:54     Dünyadan reaksiya     824

Rusiyada Tatarıstanın paytaxtı Kazandakı "Dinamo" idman bazasında baş verən atışma nəticəsində 3 nəfər həyatını itirib.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Ölənlərdən birinin bazanın direktor müavini, ikisinin isə adi mülki şəxs olduğu bildirilir. Mülki şəxslərdən biri atışmanın səbəbkarı olub.
 
Hadisə ilə bağlı araşdırma aparılır.  

Şərhlər

Çox oxunanlar