İran S-300-lərini nümayiş etdirdi

17.04.2016 19:27     Dünyadan reaksiya     1371

Mərasimdə ölkə prezidenti Həsən Ruhani də iştirak edib.

İran ordu günü münasibəti ilə keçirilən paradda Rusiyadan aldığı S-300 raket sistemlərini nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, ötən həftə İran Rusiyadan zenit raket kompleksləinin ilk partiyasının alıb. İran İslam Respublikasının paytaxtı Tehranda keçirlilən paradda rus zenit raket kompleksləri ilk dəfə olaraq nümayiş olunub.

Ölkə prezidenti Həsən Ruhaninin də iştirak etdiyi mərasimdə həmçinin İran Hərbi Hava Qüvvələrinin təyyarələri və zərbəçi vertolyotlar, habelə tanklar, zirehli maşınlar, radiolokasiya sistemləri və digər müxtəlif silah növləri nümaiş etdirilib.

İranın Rusiyaya satdığı S-300 zenit raket kompleksi
İranın Rusiyaya satdığı S-300 zenit raket kompleksi

Rusiya və İran 2007-ci ildə S-300-lərin çatdırılması barədə 900 milyon dollarlıq müqavilə imzalayıb. Lakin BMT təhlükəsizlik Şurasının 9 iyun 2010-cu ildə qəbul etdiyi qətnamədən sonra İranla hərbi texniki əməkdaşlığa son qoyulub.

S-300-lərin İrana çatdırılması ilə bağlı qadağanı Rusiya tərəfi ancaq ötən ilin aprelində aradan qaldıra bilib. İyun ayında Rusiya prezidenti Vladimir Putinin hərbi texniki sahədə əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib ki, Moskva və Tehran müqavilələri hazırlayır. Daha sonra vurğulayıb ki, sistemə dəyişikliklər edilib və onun taktiki-texniki xarakteristikası yaxşılaşdırılıb. Noyabrda isə “Rostex” dövlət şirkəti artıq qərarın qüvvəyə mindiyini bəyan edib. 

İranda hərbi parad
İranda hərbi parad

S-300 iri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmağa imkan verir, əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək gücünə malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir.

 

Şərhlər