Ermənistanın ikinci prezidentinin evinə silahlı hücum - Son dəqiqə

17.04.2016 22:15     Dünyadan reaksiya     1388

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə silahlı hücum edilib.
 
Avropa.info xəbər verir ki, bu haqda Ermənistanın  news.am saytı məlumat yayıb.
 
Məlumata görə, İrəvan polisi hadisə yerinə gəlib.
 
Ermənistan daxili işlər nazirliyinin  ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot  Aqronyan Koçaryanın evinə qumbara atıldığını bildirib. Hazırda hadisə yerində əməliyyat qrupu işləyir.
 
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hazırkı prezident Serj Sarkisyanla münasibətləri gərgindir. Qarabağda silahlı qarşıdurmadan sonra Koçaryan Sarkisyanın görüş dəvətini rədd etmişdi.

Şərhlər