`Qarabağda kövrək atəşkəs mövcuddur` - Aqramunt
18.04.2016 15:21 Dünyadan reaksiya 949
"Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur. Mən hər zaman Avropa Şurasına 47 üzv dövlətini hər birinin ərazi bütövlüyünə dəstək nümayiş etdirmişəm".
Reaksiya.info-nun AzVision.az-a istinadən məlumatına görə, bunu Parlament Assambleyasının yaz sessiyasının açılışında AŞPA prezidenti Pedro Aqramunt deyib.
O, zorakılığı pislədiyini və aprelin əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması səbəb ilə həlak olanlara görə, başsağlığı verdiyini bildirib:”Ermənistan və Azərbaycan üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidir”.
Onun sözlərinə görə, AŞPA münaqişənin həllində birbaşa iştirak etməsə də, tərəflərin yaxınlaşması üçün hər şeyi etməyə hazırdır.
Şərhlər