Növbəti dəhşətli terror aktı törədildi - 198 yaralı

19.04.2016 12:00     Dünyadan reaksiya     1139

Əfqanıstanın paytaxtında baş verən partlayışda xəsarət alanların sayı 198 nəfərə çatıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 161 nəfərin xəsarət aldığı bildirilmişdi. Ölənlərin sayının isə 6 nəfər olduğu qeyd edilir.
 
Xatırladaq ki, partlayış bu gün səhər paytaxt Kabulda baş verib. Partlayışın səsi ABŞ səfirliyində də eşidilib. Səfirlik binası yanında isə NATO-nun bu ölkədəki mənzil qərargahı yerləşir. Əfqanıstan DİN-i partlayıcı qurğunun terrorçu-kamikadze tərəfindən işə salındığını açıqlayıb. “Taliban” baş verən terrorun məsuliyyətini öz üzərinə götürüb. 

Şərhlər