“ABŞ Qarabağdakı situasiyanı izləmir, çünki...” - Financial Times
20.04.2016 11:54 Dünyadan reaksiya 923
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinini nizama salınmasındakı sülhməramlı rolu onun regiondakı nüfuzunu möhkəmləndirir.
“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə Financial Times çıxış edib. Nəşr yazır ki, Qarabağda atəşkəs pozulanda və Ermənistanla Azərbaycan arasındakı münaqişə müharibəyə çevrilməyə doğru gedəndə Rusiya prezidenti Vladimir Putin yeni atəşkəs müqaviləsinin imzalanmasına yardım etməklə situasiyanı dəyişə bildi. Analitiklərin fikrincə, belə addım Moskvanın regiondakı nüfuzunu gücləndirməsinə imkan verəcək.
FT, həmçinin, Rusiyanın münaqişənin alovlanmasından bir neçə gün sonra atəşkəsə nail olması tezliyinə diqqət çəkib: “Moskvanın aktiv diplomatik fəaliyyəti ATƏT-in Minsk qrupunu da kölgədə qoydu. ABŞ münaqişənin həlli üçün səy göstərməyə tələsmir”.
Yüksək vəzifəli mənbə isə bildirib ki, Amerikanın kəşfiyyat peykləri belə Dağlıq Qarabağ regionundakı situasiyanı izləmir, çünki onların hamısı Ukrayna və Suriyaya hədəflənib.
Şərhlər