ABŞ Qarabağ münaqişəsi tərəflərini sülhə çağırıb
22.04.2016 12:21 Dünyadan reaksiya 952
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə çağırır.
Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi brifinqdə bildirib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar tezliklə tərəflərin danışıqlar prosesinə və nizamlanmaya qayıdışını gözləyir:
“Minsk qrupunun amerikalı həmsədri Rusiya və Fransanın həmsədrləri ilə birgə regiona səfər ediblər və birmənalı olaraq tezliklə danışıqlar prosesinə, nizamlanmaya qayıdışı görmək istədiyimizi bəyan ediblər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olması üçün fəaliyyətə möhkəm sadiqik", - Kirbi bildirib.
Şərhlər