Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi üzrə sazişlərə əməl edilməlidir
22.04.2016 13:01 Dünyadan reaksiya 1018
Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 1994 və 1995-ci il tarixli atəşin müddətsiz dayandırılması barədə sazişlərə ciddi riayət olunmasının tərəfdarıdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla geniş tərkibdə danışıqlara başlayarkən deyib.
S.Lavrov bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında indi hansı dövrün olduğunu başa düşürük. Zorakılığın artmasının dayandırılması üçün biz, şəxsən Prezident Vladimir Putin səylər göstərmişik. İndi atəşin dayandırılması barədə razılaşmalara prinsipial olaraq ciddi əməl etmək və 1994 və 1995-ci il tarixli sazişlərin yendiən pozulmasına yol verməmək lazımdır. Həmin sazişlərdə müddətsiz atəşkəs rejiminin möhkəmləndirilməsi qeyd olunub".
Onun sözlərinə görə, ATƏT-in xətti ilə etimad tədbirləri, gərginliyin azaldılması və snayperlərlə bağlı razılaşmaları sonadək yerinə yetirmək lazımdır: "Siyasi həllə gəlincə, mümkün olan hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərə yol verməmək üçün mümkün olan hər şey edilməlidir".
Şərhlər