Lavrov İrəvanda Türkiyəni ittiham etdi - “Bu, müharibəyə çağırışdır”
22.04.2016 14:18 Dünyadan reaksiya 959
Dağlıq Qarabağda gücdən istifadə edilməsi qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.
Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda keçirdiyi mətbuat konfransında deyib.
Lavrov əlavə edib ki, cəbhədəki gərginlik zamanı çoxsaylı insanların həyatını itirməsi bir daha gösətrdi ki, münaqişə diplomatik yolla həll olunmaldır:
“Tərəflərin tam şəkildə atəşkəsə əməl etmələri vacibdir. Rusiya Minsk qrupunun həmsədr dövləti kimi sülh yolu ilə nizamlanma istiqamətində əlindən gələni edəcək”.
Münaqişəyə dair konkret addımların müzakirə edilməsinə dair suala gəlincə, Lavrov bildirib ki, hazırkı mərhələdə müddətsiz atəşkəs sazişlərinə tam əməl etməyə nail olmaq lazımdır. O, Dağlıq Qarabağda etimad tədbirlərinin reallaşdırılmasının vacib olduğunu vurğulayıb:
“İnsidentlərin araşdırılması, təhlükəsizlik və digər etimad tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar atılmalıdır. Almaniya ATƏT sədri kimi qurum daxilində münaqişələrin nizamlanmasına böyük maraq göstərir. Əminik ki, bu istiqamətdə öz töhfəsini verəcək”.
Lavrov Ankaranın Dağlıq Qarabağa dair bəyanatlarını qəbuledilməz adlandırıb və həmin bəyanatları sülhə deyil, müharibəyə çağırış adlandırıb:
“Təəssüf ki, biz Türkiyə rəhbərliyinin belə oyunlarına adət etmişik”.
Şərhlər