Mer Saakaşviliyə müharibə elan etdi

08.07.2015 17:24     Dünyadan reaksiya     1684

Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov vilayətin qubernatoru Mixail Saakaşvili ilə müharibəyə başlamaq qərarına gəlib.  

Bu barədə öz bloqunda Aleksandr Kovalenko yazıb.   Məlumata görə, Truxanov Saakaşvilinin işdən çıxardığı məmurlardan biri -  Andrey Kotlyarı özünə müavin təyin edib.  

Qeyd edək ki, Andrey Kotlyar vilayətin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət, korrupsiyanın qarşısının alınması və aşkar edilməsi idarəsində işləyib. Saakaşvili bu idarəni bir neçə gün öncə ləğv edib.

/axar.az/ 

Şərhlər

Çox oxunanlar