Davudoğlu ölümdən döndü

23.04.2016 13:15     Dünyadan reaksiya     1104

Onun olduğu mərkəzdə terror aktının qarşısı son anda alınıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölümdən döndü. ANS PRESS-in "İhlas" agentliyinə istinadla verdiyi məlumatına İŞİD terrorçularının Davudoğlunun ötən gün Konyada qatıldığı İslam Dünyası Turizm paytaxtı Konyanın təqdimatı mərasimində terror hadisəsi törətməyi planlaşdırıb. 

Terrorla mübarizə idarəsi bir müddət öncə Suriyadan gələrək adıçəkilən şəhərdə məskunlaşan İsa Almseytefin (25 yaş) İŞİD-lə bağlantısı olduğunu müəyyən edib və dərhal əməliyyata başlayıb. İki ay davam edən izləmədən sonra onun terror aktı törətmək hazırlığında olduğu müəyyən edilib.

Polis gecə saatlarında keçirdiyi əməliyyatla adıçəkilən şəxsin evində əməliyyat keçirib. Məskunlaşdığı evdə partlayıcı maddə tapılmasa da terror təşkilatına dair sənədlər aşkar edilib. 

Əməliyyat nəticəsində başqa iki terror təşkilatı üzvü də şübhəli şəxs qismində yaxalanıb. 

Şübhəli şəxs Davudoğlunun  qatıldığı konqresin keçirildiyi 10 min nəfərlik mərkəzdə kəşfiyyat da aparıb. Bu kəşfiyyatdan sonra İsa Almsaytef Suriya ilə sərhəddə gözləyən kamikadzeyə təhlükəsizlik tədbirlərinin güclü olması, hücum və hədəfə çatmağın çətin, riskli olacağı barədə məlumat verib.

 

Şərhlər