Misirin keçmiş prezidentinə mayda hökm oxunacaq
23.04.2016 20:03 Dünyadan reaksiya 817
Qətər lehinə casusluqda ittiham irəli sürülən Misirin keçmiş prezidenti Məhəmməd Mursi və daha 10 yüksək vəzifəli məmura elan ediləcək məhkəmə hökmü təxirə salınıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, ölkənin Cinayət Məhkəməsinin qərarı ilə hökmün elan edilməsi mayın 7-də baş tutacaq.
Bu iş üzrə proses br ildən çoxdur davam edir. Təqsirkarlarlabağlı ölüm hökmünün çıxarılacağı təhlükəsi də var.
Şərhlər