Saakaşvili Gürcüstana qayıdır

25.04.2016 11:49     Dünyadan reaksiya     919

Gürcüstanın sabiq prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağı barədə vəd verib.

 

Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, Mixail Saakaşvili “Rustavi 2”-yə verdiyi müsahibəsində bildirib ki, onun yaratdığı “Vahid milli hərəkat” partiyası bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcək:

“Hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur – mən və sabiq baş nazir Bidzina İvanişvili. Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır. Hazırkı mərhələdə üçüncü variant yoxdur. Bu da mənim üzərimə xüsusi məsuliyyət qoyur”.

Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib, barəsində cinayət işi açılıb.

Şərhlər