Xərçəng xəstəsi olan uşağın inanılmaz hekayəsi - FOTOLAR

25.04.2016 13:55     Dünyadan reaksiya     905

Andreyin Belarus xəstəxanasında müalicəsi davam edərkən uşağın anası boş zamanalarda qar adamı düzəltməyə başladı və ...

 

2015-ci ilin yay aylarında 3 yaşlı Andrey Semilit adlı uşağa qan xərçəngi diaqnozu qoyuldu. İlk zamanlar çətin günlər yaşayan ailə, Andreyi bir Belarus xəstəxanasına yerləşdirdi. İynə-dərman və sistem Andrey üçün gündəlik prosedurlar idi. Uşaq heç xəstəxanada olduğunu da bilmirdi. Anası oğluna sanatoriyada olduqlarını və bir neçə həftə sonra evə qayıdacaqlarını demişdi. Lakin yalanlar davam etməli oldu. İlk 24 gündə ailə, 3500 dollar pul xərcləmişdi. 3 yaşlı balacanın xilas edilməsi üçün Almaniyaya göndərilməsi vacib idi. Lakin müalicə üçün olduqca çox pul lazım idi. 
 
Andreyin Belarus xəstəxanasında müalicəsi davam edərkən uşağın anası boş zamanalarda qar adamı düzəltməyə başladı. Düzəldilmiş oyuncaqların şəkillərini Facebookda paylaşandan sonra Andreyin anasının bir tanışı təklif edib ki, oyuncaqları internetdə satışa çıxarıb birini 50 qrivnaya satsınlar.
 
Elə hər şey də bundan sonra başlayıb. 
Çox qısa zamanda oyuncaqlar barədə məlumat minlərlə insan arasında paylaşıldı. Dörd günün içində Andreyı altı min oyuncaq sifariş edildi. İngiltərə, Almaniya, Avstraliya, Amerika, Kanada kimi ölkələrdən könüllülər zəng vurmağa başladı.
 
Könüllülər ölkənin bir çox şəhərində qar adamı düzəltməyi öyrədən master-klaslar keçirdilər və bütün ölkə balaca oğlan üçün qaradamı düzəltdi.
 
 
Qar adamları bütün dünyada satılmağa başladı və əldə edilən vəsait uşağın müalicəsinə yönəldildi.
 
Baş verənlərin üzərindən artıq 8 ay keçib və 4 yaşlı Andreyin vəziyyəti artıq normaldır. 
 
 
 
Onun anası Alyona oğlu ilə birlikdə xəstəliyə qalib gəlməyi bacarıblar. Anasının sözlərinə görə, oğlunun vəziyyəti normaldır. Lakin müalicə davam edəcək: "Ona hələ ki, qaçmaq olmaz. Daha bir ay müddət ərzində burda qalmalıyıq. Bu aylar ərzində heç vaxt ümidimi itirmədim. Ağlamaq əvəzinə mübarizə apardım. Bütün könüllülərə, yardım edənlərə, xüsusi ilə həkim İrina Romazevskaya təşəkkürlər. Sizə düzəltdiyim ilk qar adamını göstərim. Budur o. Düz ortasında ləkə var. Andrey boyalı barmaqları ilə toxunmuşdu ona. İlk günlər fikirlərimi dağıtmaq üçün qar adamı düzəltdim. Daha sonra isə bunun sayəsində oğlumu xilas elədim. Oğlum indi böyüyəndə həkim olmağı arzulayır"
 
 
 
 
 
(Bizimyol.info)

Şərhlər