YUNESKO nümayəndələri İŞİD-in dağıtdığı şəhərə getdi
25.04.2016 14:57 Dünyadan reaksiya 897
Reaksiya.info-nun FaktXəbər-ə istinadən məlumatına görə, Fransa və Livanın YUNESKO nümayəndələri suriyalı həmkarları ilə birgə Palmiranın tarixi hissəsinin vəziyyətini analiz üçün Suriyaya birgünlük səfər edib.
YUNESKO əməkdaşları səfər zamanı tarixi şəhirin vəziyyətini yoxlayandan sonra, onun bərpası istiqamətində müəyyən tədbirlər görməyi planlaşdırır.
Qeyd edək ki Palmira şəhəri bu yaxınlarda İŞİD-in işğalındna azad edilib. Mütəxəssislərin hesablamalarına görə, dünyanın ən qədim şəhərlərindən biri olan Palmiraya terrorçular ölçüyəgəlməz dərəcədə zərərlər vurublar.
Şərhlər