İsrail həbsxanalarında 440 fələstinli uşaq var
26.04.2016 10:25 Dünyadan reaksiya 866
Beynəlxalq Uşaqları Müdafiə Təşkilatının (Defence For Children) İsrail həbsxanalarındakı fələstinli uşaqlarla bağlı yaydığı hesabat insan hüquqları baxımından ortaya narahatlıqverici nəticələr çıxarıb.
FaktXəbər-in məlumatına görə, "Uşaqlarala belə rəftar edilməz" (No Way to Treat A Child) başlığı ilə dərc olunan hesabatda ötən bir neçə ay ərzində 100-dən çox fələstinli uşağın gecə basqını ilə evlərinə girən İsrail əsgərləri tərəfindən yataqlarında yatarkən başlarına silah dirənərək, gözləri və əlləri bağlı şəkildə həbs edildiyi bildirilir.
İsrail hərbi həbsxanalarında hazırda 440 fələstinli uşağın olduğu qeyd edilən hesabatda, bunun İsrail ordusunun məhbus uşaqların sayını nəşr etməyə başladığı 2008-ci ildən bəri qeydə düşən ən yüksək göstərici olduğu qeyd olunub.
Hesabatda daha sonra bildirilir ki, fələstinli uşaqların 75 faizi fiziki təcavüzə məruz qalır. Hər il 500-700 arası uşaq İsrail hərbi məhkəmələrində mühakimə olunur. Bundan əlavə, fələstinli uşaqların İsrail polisi tərəfindən sorğu-sual edilərkən onların 97 faizinin valideynləri və ya vəkilləri yanlarında olmur. Bu vəziyyət isə beynəlxalq hüququn pozulmasıdır.
Şərhlər