Lavrov və Kerri Suriya üçün yenidən danışdılar

26.04.2016 11:31     Dünyadan reaksiya     746

FaktXəbər-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri Suriya böhranını müzakirə ediblər.

İkili arasında baş tutan telefon danışığı zaman Suriyada davam edən börandan çıxış yolları müzakirə edilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Sergey Lavrov və Kerri, Suriyadakı müharibənin dayandırılmasına dair ABŞ və Rusiya arasında fevralın 22-də əldə olunan atəşkəs razılaşmasının möhkəmləndirilməsi, humanitar yardımın çatdırılması və böhranın həlli üçün siyasi dialoq prosesinə dair məsələləri müzakirə ediblər.

Şərhlər