Çavuşoğlundan sərt sözlər: “Bizmi Ermənistana zəng edib...”
26.04.2016 16:39 Dünyadan reaksiya 859
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi Rusiya rəsmilərinin Qarabağda atəşkəsin pozulmasının arxasında Türkiyənin dayanması haqqında iddialara sərt cavab verib.
Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib: “Mən Rusiya rəsmilərinin hər hansı iddiasına cavab vermək məcburiyyətində deyiləm. Bu cür iddiaları yersiz hesab edirəm. Türkiyənin bu məsələdə mövqeyi aydındır. Atəşkəsi kim pozdu - Ermənistan. Yəni biz, Türkiyə Cümhuriyyəti Ermənistana telefon açaraq atəşkəsi pozun, qardaş Azərbaycana hücum edinmi dedik? Atəşkəsi pozan ölkəyə diqqət etdikdə arxasında kimin olduğunu aşkar şəkildə görmək mümkündür”.
Çavuşoğlunun fikrincə, Qarabağ problemini yaradan dövlətlərdən onu həll edəcəyini gözləmək doğru olmaz.
Şərhlər