Cəsədi ölümündən 16 il sonra tapıldı

02.05.2016 16:42     Dünyadan reaksiya     883

Dünyanın ən yaxşı alpinisti Aleks Lou və onunla birgə səyahət edən operator Devid Bricesin cəsədləri ölümlərindən 16 il sonra Himalayda tapılıb.
 
Virtualaz.org Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, cəsədləri Çin ərazisindəki Şişabanqma dağında aşkarlanıb. Geyim və çantaya əsasən cəsədlərin məhz Lou və Bricesə məxsus olması təsdiqlənib. Ekspedisiyanın sağ qalmış üzvü Konrad Anker də cəsədlərin məhz güman olunan insanlara aid olduğunu bildirib.
 
40 yaşlı amerikalı Lou dünyanın ən yaxşı alpinisti sayılırdı. Gücünə və dözümlüyünə görə onu “ayaqları olan ağciyərlər” adlandırırdılar. O və Brices qar uçqunu nəticəsində həlak olmuşdular.
 
2001-ci ildə - hadisədən 1 il sonra - ekspedisiyanın sağ qalmış üzvü Konrad Ankerə ərə getmiş Aleks Lounun keçmiş arvadı yeni həyat yoldaşı ilə birlikdə Lou adına fond təşkil ediblər. Fondun məqsədi sivilizasiyadan uzaq rayonlarda yaşayan insanlara kömək etməkdir.

Şərhlər