Ermənistan parlamentində gizli Qarabağ müzakirəsi
04.05.2016 20:58 Dünyadan reaksiya 1162
Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə Azərbaycanın işğal altında olna Dağlıq Qarabağ bölgəsindəki qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur.
Report xəbər verir ki, görüş qapalı keçirilir.
Məlumata görə, müzakirələrdə parlamentin sədr müavini Eduard Şamrazanov, məclisin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissyasının başçısı Koryun Naapetyan, "İrs" Fraksiyasından deputat Tevan Poqosyan, Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının başçısı Armen Rustamyan, Ermənistan Milli Konqresinin başçısı Levon Zurbayan, Respublikaçılar Partiyası Fraksiyasının sədri Vaqram Baqdasaryan və başqaları iştirak edir.
Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edəcək.
Şərhlər