Yalançı peyğəmbərə hökm oxundu
09.07.2015 11:07 Dünyadan reaksiya 1897
O, 16 il müddətinə azadlıqdan məhrum edilib
Tacikistanda özünü “İslamın sonuncu peyğəmbəri” adlandıran Seyidmehdixan Səttərovçoxarvadlılıq, pul və torpaq sahəsi ilə fırıldaqçılıqda ittiham edilib.
“Məhkəmə Səttərovu 338-ci maddə - “Torpaq sahəsini qanunsuz zəbt etmək”, 243-cü maddə - “Mərhumların cəsədlərini və onların dəfn olunduğu yeri təhqir etmək”, 250-ci maddə - “Zorla pul almaq”, 170-ci maddə - “Çoxarvadlılıq” və 164-cü maddə - “İcbari təhsilin alınmasına maneçilik törətmək” üzrə təqsirli bilinib”, - Tacikistanın Ali Məhkəməsində bildiriblər.
Üç il müddətində Tursunzadayevsk rayonunun sakinləri Səttərovu peyğəmbər hesab edirdilər, Səttərov yerli oğlanlara dini dərslər keçirdi.
/oxu.az/
Şərhlər