Dörd ölkə Moskvanın dəvətindən imtina etdi
07.05.2016 18:59 Dünyadan reaksiya 1152
Litva, Polşa, Slovakiya və Çexiya Moskvada mayın 9-da Qələbə günü münasibətilə keçiriləcək hərbi parada öz nümayəndə heyətlərini göndərməyəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Ölkələrin hər biri tədbirə nümayəndə göndərməməsinə əsas səbəb kimi eyni tip tədbirlərin ölkə ərazisində də keçirilməsini göstərib.
Qeyd edək ki, ötən il də Rusiya Prezidenti Vladimir Putin Qərb liderlərini hərbi parada dəvət etmişdi, ancaq onların əksəriyyəti bu tədbirə gəlməmişdi.
Şərhlər