Amerikalı nazir: "Rusiya əsas təhlükədir"
09.07.2015 12:14 Dünyadan reaksiya 1715
Debora Ceyms çağırışla çıxış edib.
ABŞ-ın Hərbi-hava qüvvələri naziri Debora Ceyms Rusiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün başlıca təhlükə adlandıraraq, Amerikanın Avropada hərbi iştirakının sayını artırmağa çağırıb, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Mən Rusiyanı əsas təhlükə hesab edirəm. İndi Rusiyanın davranışı fonunda heç bir şərt altında qüvvə çatışmazlığını büruzə verməyin zamanı deyil”, - o deyib.
O həmçinin qeyd edib ki, NATO-nun 28 üzvündən yalnız dördü müdafiə üçün ÜDM-nin 2%-nin xərclənməsi məqsədinə nail olub.
Şərhlər