"Yaxın zamanda Qarabağa dair görüşlər keçiriləcək"
09.05.2016 15:39 Dünyadan reaksiya 1047
Rusiyanın Ermənistandakı səfiri münaqişə ilə bağlı danışıqları anons etdi.
"Yaxın zamanda Qarabağ münaqişəsinə dair görüşlər keçiriləcək." ANS-in məlumatına görə, bu haqda "Novosti Armeniya" saytına müsahibəsindəRusiyanın İrəvandakı səfiri İvan Volınkin deyib. Səfir bu açıqlamanıErmənistan və Azərbaycan nümayəndələri arasında hər hansı görüşün planlaşdırıldığı haqda sualı cavablandırarkən verib. Onun sözlərinə görə, belə görüşlər ona lazımdır, çünki münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar.
Rusiyanın təmas xəttində gərginliyi azaltmaq üçün hər hansı yeni, əvvəllər sınanmamış üsullar tətbiq etməsi haqda sualı cavablandıran səfir Rusiyanın hər zaman bu münaqişəyə xüsusi diqqət yetirdiyini qeyd edib. "Rusiya hər zaman münaqişənin həll olunması üçün səylər göstərib və bu səylər davam etdiriləcək. Təbii ki, görüşlər olacaq, bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, bu, yaxın zamanda baş verəcək".
Bu gün həmçinin Rusiyanın azərbaycanlı səfiri Vladimir Doroxin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. O da İrəvandakı həmkarı kimi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
"Biz münaqişənin beynəlxalq hüquq və bu regionda yaşayan insanların maraqları əsasında ədalətli tənzimlənməsinin tərəfdarıyıq".
Səfirin sözlərinə görə, Rusiyanın bu sual üzrə mövqeyi dəfələrlə səslənilib.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşün baş tutacağını açıqlayıb.
"Planlaşdırırıq (görüşü), çünki iş yüksək diqqət tələb edir. Yaxın zamanlarda, yəqin ki, tərəflər arasında təmasın qurulmasını razılaşdıracağıq. Əlbəttə ki, hər iki tərəfin və həmsədrlərin iştirakı ilə. Bu iş kollektiv format tələb edir", - deyə Lavrov Dağlıq Qarabağ üzrə yaxın zamanda hər hansı danışıqların baş tutacağı haqqında sualı cavablandırarkən bildirib.
"Təmas xəttindəki vəziyyət narahatlıq doğurur"
Aprel ayında Dağlıq Qarabağ ətrafında qeydə alınan hadisələrdən sonra Sergey Lavrov Bakı və Ermənistana səfər edib. Rusiya xarici işlər naziri regionda qeydə alınan gərginliklə bağlı bir sıra bəyanatlar verib, görüşlər keçirib. Aprelin 6-da Bakıya gələn XİN başçısı burada azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Prezident İlham Əliyevlə görüşüb.
Sergey Lavrov İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzəkirə edib. Görüşdən sonra Lavrov müzakirələrin bəzi təfərrüatlarından danışıb.
"Təmas xəttindəki vəziyyət narahatlıq doğurur".
“Təmas xəttində snayperlər var. Bu, çox təhlükəlidir. İndiki situasiya bizim hamımızı ayıldacaq və teziklə bu tədbirləri razılaşdırmağa məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir”, - deyə Lavrov qeyd edib.
Şərhlər