Oktanyan: "Ermənistan müstəqilliyini itirə bilər"
13.05.2016 17:08 Dünyadan reaksiya 1092
Ermənistanda korrupsiya elə səviyyədədir ki, heç bir resurslar qalmayanda bu dövlət müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər.
Avropaşinf xəbər verir ki, bu barədə Novosti-Armeniya saytına “Transparency International” təşkilatının antikorrupsiya mərkəzinin sədri Varujan Oktanyan danışıb.
Baş nazir Ovik Abramyanın işçiləri qovması və korrupsiya ilə mübarizə bəyanatını o ikimənalı adlandırıb.
“Birincisi, əgər belə davam edəcəksə, bu dövlət müstəqilliyinin itirilməsinə gətirib çıxacaq. Aprel müharibəsi bunu göstərdi. Mən başa düşmədim ki, ölkədə korrupsiya ilə mübarizə aparıldığını bəyan etməyin nə mənası var. Bütün bunlar süni təəssürat yaradır”, – Oktanyan deyib.
O, bu tip bəyanatların kağız üzərində qalacığından narahat olduğunu bildirib. Oktanyan deyib ki, korrupsiya ilə mübarizə aparmaq üçün Ermənistan hakimiyyətindən güclü siyasi iradə olmalıdır.
Şərhlər