`Aprel döyüşlərində 800 hektar torpaq itirdik` - Sarkisyan

17.05.2016 16:20     Dünyadan reaksiya     1674

Ermənistan prezidenti Serj Sarkisyan dördgünlük müharibə zamanı Azərbaycanın 800 hektar torpaq sahəsini işğaldan azad etdiyini deyib.

 

AzVision.az bunu Sarkisyan Vyanadan İrəvana qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında bildirib. 

Erməni prezident özünü aprel məğlubiyyətindən sığortalamaq üçün işğaldan azad olunan torpaqların guya strateji və taktiki əhəmiyyət malik olmadığını deyib. Sarkisyanın bu açıqlaması Ermənistan ictimaiyyətini faktiki olaraq aldatmağa yönəlib.

Görünür, bu yolla erməni lider dördgünlük müharibə zamanı ordusunun məğlub duruma düşməsi faktını gizlətməyə çalışır. 

Şərhlər