Sarkisyan 4 səfiri geri çağırdı

18.05.2016 17:40     Dünyadan reaksiya     956

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin 4 səfirini geri çağırıb.

 

AzVision.az bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən deyiblər.

Ermənistanın müqəddəs taxt-tacdakı fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyan Portuqaliyada Ermənistanın fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sarkisyanın digər fərmanına əsasən, Sarkis Kazaryan Ermənistanın İtaliyadakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. 

Bundan əlavə, Ermənistanın Xorvatiya, San-Marino, Malta və Sloveniyadakı səfirləri də vəzifələrindən azad ediliblər.

Hazırda müvafiq fərmana uyğun olaraq İtaliyaya səfir vəzifəsinə Viktoriya Baqdasaryan, Xorvatiyaya isə Arman Kirakosyan təyin olunub.

Şərhlər

Çox oxunanlar