Prezident şəhidlər üçün Quran oxudu - VİDEO

20.05.2016 17:43     Dünyadan reaksiya     883

Ərdoğan şəhidlərin mövluduna qatılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Quran oxudu. Dövlət başçısı 2 günlük proqramla ölkənin şərqinə - Rizəyə səfər edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğan cümə namazından öncə helikopterlə Trabzona, oradan isə Rizəyə gedib.  

Trabzon hava limanında onu gözləyən xalqa xitab edib. Rizə hava limanına helikopteri enər-enməz isə prezident məscidə gedib. 

Çoşğulu qarşılama mərasimindən sonra cümə namazından öncə şəhidləri anma mərasimi keçirilib. Mövludda prezident özü də Qurani Kərimdən bir surə oxuyub. O, avazla Əli-İmran surəsini səsləndirib. 

Ərdoğanın Quran oxumasını dinləmək üçün məscidə yüzlərlə insan gəlib. Onların bəziləri prezidentin avazı qarşısında göz yaşlarını saxlaya bilməyiblər.

Embed code copied to clipboard! You can now paste it to your site or blog.

Şərhlər

Çox oxunanlar