“Sərkisyan yalan deyir, daha bir kənd də itirmişik...”
20.05.2016 17:48 Dünyadan reaksiya 1145
Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sərkisyanın özüdür.
Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif İrs fraksiyasından olan deputatı Zarui Postancyan parlamentdə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Serj Sərkisyanın erməni tərəfinin aprel döyüşlərində cəmi 800 hektar ərazi itirdiyi haqda bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olduğunu göstərir. Postancyan deyib ki, həmin 800 hektar ərazinin itirilməsi Dağlıq Qarabağın təhlükəsizliyini laxladıb, üstəlik itkilər arasında bir kənd də var. Lakin deputat hansı kənddən söhbət getdiyini dəqiqləşdirməyib.
Şərhlər