`Aclıq və səfalət içindəyik` - İrəvan sakini - VİDEO

21.05.2016 14:49     Dünyadan reaksiya     1833

Ermənistanın baş naziri Ovik Abramyan hakimiyyətin korrupsiya və monopoliya ilə mübarizə aparmaq niyyətində olduğunu və hər bir vətəndaşın xaricdən istədiyi məhsulu gətirəcəyini bəyan edib.

AzVision.az xəbər verir ki, bu bəyanat erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Yerli sakinlər vəziyyətin dəyişməyəcəyini, ölkənin iqtisadi durumunun ağırlaşacağını bəyan edirlər. 

Yerli sakinlərdən biri müsahibəsində deyib: “Biz ölümün bir addımlığındayıq. İnsanları yoxsulluğa gətirib çıxarıblar, öz qullarına çeviriblər. Bu uzun müddət davam edə bilməz”.

O, qeyd edir ki, vəziyyətin bu cür davam etməsi narazılıq və etirazları qaçılmaz edir: “ Bundan sonra isə inqilab olacaq. Aclıq və səfalətə dözüm qalmayıb”.

Daha gənc nəslin nümayəndəsi isə bildirib ki, Ermənistanda kiçik biznes açmaq hər kəs üçün mümkün deyil: “ Burada hər şey məhduddur. Büdcə, qalan hər şey bir neçə nəfərin əlində cəmləşib və onlar istədiklərini edirlər. Əgər kiçik biznesi açmaq qəraraına gəlsəm, bu mümkün olmayacaq, çünki bütün yollar bağlanıb, həm də vergilər çox yüksəkdir".

Şərhlər