Hakerlər Türkiyədəki "Patriot" ZRK-ların kodlarını sındırdı
09.07.2015 15:36 Dünyadan reaksiya 1787
Hakerlər Türkiyə-Suriya sərhədinə yerləşdirilən “Patriot” zenit-raket kompleksinin sistemini sındırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə “Behorden Spiegel” qəzeti xəbər verir. Nəşrin iddiasına görə, hakerlərin hücumu nəticəsində sistem bəzi əmrlər verməyə başlayıb. 2013-cü ildən bu yana Kahramanmaraşda yerləşdirilmiş və Alman Ordusuna aid olan zenit-raket kompleksi altı raketdən və iki radardan ibarətdir.
“Behorden Spiegel”in iddiasına görə, bu havadan müdafiə sistemi ilk dəfə 30 il əvvəl ABŞ tərəfindən istifadə edilib. Bu sistemdə iki boşluq ola bilər. Bunlardan ilki, hakerlərin raketlər və nəzarət sistemi arasındakı məlumat mübadiləsini təmin edən hissə, ikinci isə mərminin istiqamətinə nəzarət edən kompüterdir. Bu iki hissədən birinə hakerlərin müdaxilə etdiyi ehtimal olunur.
Alman mətbuatında yayımlanan iddialardan sonra "Die Welt" qəzetinə açıqlama verən Almaniya Müdafiə Nazirliyinin sözçüsü xəbərləri təkzib edib. Nazirlik rəsmisi "Patriot" zenit-raket kompleksinə istiqamətli haker hücumu olduğuna dair bir məlumatın olmadığını söyləyib.
“Bu sistemlərdə çalışmaq, raketləri atmak üçün xüsusi kodlar tələb edilir. Kod isə 2 və ya 3 nəfərdə olur. Bəlkə hansısa yollarla sistemin olduğu yeri tapmaq olar. Amma bundan daha irəliyə getmək üçün çox ciddi bacarıqlar lazımdır. Bu isə ancaq xarici dövlətlərin və ya kəşfiyyatın köməyi ilə ola bilər".
Şərhlər