Jirinovski: ''Növbə Belarus və Qazaxıstanındır…''
23.05.2016 17:12 Dünyadan reaksiya 891
Biz 200 minlik əhalisi olan ölkəyə nüvə zərbəsi endirməliyik ki, Qərb Donbasa atəş açmasın.
Müstəqil.Az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Rossiya-1” telekanalında yayımlanan “Bazar axşamı” tok-şousunda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Rusiya öz nüvə gücünün nə olduğunu Qərbə sübut etməlidir:
“Şimal dənizində 200 min əhalisi olan balaca ada dövlət var. Biz bura nüvə bombası atıb Brüsselə öz gücümüzü göstərməliyik. Rus ordusu Kiyevə yaxınlaşsaydı, Qərb hər şeyə razı olacaqdı. Hücum etmək lazımdır. Biz Brüssel, Varşava, Praqa yaxınlığında döyüşməliyik. Siz hər şeyin yenidən dağılacağı zamanı gözləyirsiniz? Amerikaya daimi müharibə və daimi hökmranlıq lazımdır. Avropa Ukraynanı məhv etdi. Bundan sonra növbə Belarus və Qazaxıstanındadır”.
Şərhlər