Ermənistan ordusunun daha bir generalı işdən çıxarılıb
23.05.2016 17:39 Dünyadan reaksiya 859
Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan tutduğu vəzifədən azad edilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Serj Sarqsyan sərəncam imzalayıb.
Qeyd edək ki, apreldə Azərbaycanın işğal altında olan torpaqlarında gedən dördgünlük döyüşdən sonra Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli bir neçə əməkdaşı işdən çıxarılıb.
Ermənistan prezidenti Serj Sarqsyanın aprelin 26-da imzaladığı sərəncama əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.
Şərhlər