Türkiyənin yeni baş nazirindən yeni hökumətlə bağlı açıqlama - ''Hazırdır''

23.05.2016 17:41     Dünyadan reaksiya     856

AKP-nin yeni sədri Binəli Yıldırım yeni formalaşacaq hökumətlə bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Yıldırım yeni qurulacaq hökumət üçün seçilmiş kadrların adlarının artıq müəyyən olunduğunu söyləyib. 
 
"Hökumət qurma prosesinin necə işlədiyi hamıya məlumdur. Hökumətin quruluşu, Nazirlər Kabinetinin müəyyən olması, Məclisdə proqramın oxunması, proqramın müzakirəsi və parlamentin təsdiq etməsi. Burada qaranlıq qalan bir məqam ola bilməz. Türkiyədə hökumət ilk dəfə qurulmur ki." 
 
Nazirlər Kabinetinə daxil olacaq şəxslərin artıq müəyyən olunduğunu söyləyən Binəli Yıldırım sözlərinə belə davam edib:
 
"Prezidentimiz nə vaxt istəsə o zaman siyahını ona təqdim edəcəyik. Türkiyədə hazırda çox mühüm bir tədbir keçirilir. Proqram bitdikdən sonra, biz də bu işlərimizi bitirərik. Bu məsələ çox uzanmayacaq".
 

Şərhlər