Savçenko Poroşenkonun təyyarəsi ilə Kiyevə göndərildi

25.05.2016 18:33     Dünyadan reaksiya     1045

Ukraynalı pilot Kiyevdə qarşılandı.

Nadejda Savçenko azadlığa buraxılıb. O, bir neçə dəqiqə öncə xüsusi təyyarə ilə Kiyev hava limanına enib. Onu çox sayda insan qarşılayıb. 

Azadlıqda ilk müsahibəsini verən pilot ona görə narahat olanlara təşəkkür edib. "Mən heç nədən qorxmuram. Mənə görə mübarizə apardığınız üçün çox sağ olun. Mənə xoş arzuları olan hər kəsə təşəkkür edirəm. Sizə görə mən sağ qaldım. Mənim pisliyimi arzu edənlərə də minnətdaram. Məhz onların acığına sağ qaldım".

 
 
Nadejda Savçenkonun Kiyevdə qarşılanması
Nadejda Savçenkonun Kiyevdə qarşılanması
 
 
 
 
Nadejda Savçenkonun Kiyevdə qarşılanması

Saat 16:03

Rusiya prezidenti Vladimir Putin Ukraynalı pilot Nadejda Savçenkonun əfv edilməsi barədə əmr imzalayıb. ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyi məlumat yayıb. 

Dövlət başçısının mətbuat kativi Dmitri Peskov isə "Rossiya" təyyarəsinin Ukraynadakı iki rus məhbusu gətirdiyini açıqlayıb. 

Saat 14:45

Ukraynada məhkum olan rusiyalı iki şəxsin dəyişdirilməsi prosesi başlayıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu onların vəkilləri Valentin Rıbin deyib. 

Jurnalistlərin "bu, rusiyalıların ukraynalı pilot Nadejda Savçenko ilə dəyişdirilməsi mənasına gəlirmi?" sualına da vəkil müsbət cavab verib. "Bəli, bu, belədir".
 

Saat 13:57

Ukraynalı pilot Nadejda Savçenko ölkə prezidenti Petro Poroşenkonun şəxsi təyyarəsi ilə Rostov-na-Donudan Kiyevə uçur. ANS PRESS-in məlumatına görə, bu haqda "Reuters"in rus dilli "Twitter" səhifəsində yazılıb. 

Poroşenkonun mətbuat xidmətindən verilən məlumatına görə, bu gün dövlət başçısı xüsusi bəyanatla çıxış edəcək. 

Daha əvvəl məlumat verilmişdi ki, Ukrayna prezidentinin təyyarəsi yaxın saatlarda Rostov-na-Dondakı hava limanında yerə enəcək və burada ukraynalı pilot Kiyevdə məhkum olunan rusiyalılarla dəyişdiriləcək.

"Yaxın zamanda prezidentə məxsus təyyarə Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu Kiyevdən Rostov-na-Donuya gətiriləcək. Bundan əvvəl bura Nadejda Savçenko gətirilib", - deyə hadisələrdən agah olan mənbə "İnterfaks"a bildirib. Məlumata görə, hava limanında məhbusların dəyişdirilməsi prosesi baş tutumalı idi.

"İnterfaks"ın məlumatına görə, Savçenko Ukraynaya Rusiya və Ukrayna dövlətləri arasında olan həbs cəzasının davam etdirilməsi üçün şəxslərin verilməsinə dair sənədə əsasən verilib.

"Reuters"in məlumatına görə, Poroşenko artıq Yerofeyevi və Aleksandrovu əfv edib.

Eyni zamanda Nadejda Savçenkonun vəkilləri və Rusiya prezidentinin mətbuat-katibi Dmitri Peskov bildirirlər ki, onların bu haqda məlumatı yoxdur. 

"Mən bu haqda heç nə bilmirəm, həmkarım Mark Feyqin həmçinin", - deyə Savçenkonun vəkili Nikolay Polozov bildirib.

Peskov həmçinin qeyd edib ki, Kremlə rusiyalıların Savçenko ilə dəyişdirilməsi barədə heç bir məlumat daxil olmayıb.

Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov
Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov

 

Şərhlər

Çox oxunanlar