Türkiyənin yeni baş nazirindən Qarabağ bəyanatı
25.05.2016 18:55 Dünyadan reaksiya 1077
Türkiyənin yeni baş naziri Binali Yıldırım Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
ANS-in məlumatına görə, o, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən deyib ki, münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcək.
“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.
O, Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də bəhs edib. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini deyib. "Həmçinin tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.
Baş nazir ötən gün də Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.
Şərhlər